Donbasda ağır döyüşlər: 3 ukraynalı öldü, 8-i yaralandı

Donbasda ağır döyüşlər: 3 ukraynalı öldü, 8-i yaralandı
22:22 4 Fevral 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən sutka ərzində Donbasdakı atışmalar zamanı 3 ukraynalı hərbçi həlak olub, 8-i yaralanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik deyib.

O bildirib ki, hərbçilərindən biri Troiçkimdə, digər 2-si isə Qaliçinovki rayonu yaxınlığında "Qrad" mərmisindən açılan atəş nəticəsində ölüb.

Motuzaynik bəzi hərbçilərin isə Svetlodarski, Pesok, Çermalka, Quntovo və Şirokino ərazilərində gedən döyüşlər zamanı ağır yaralandığını əlavə edib.

Qeyd edək ki, bir neçə gündür Donbas ərazisində Rusiyanın dəstəklədiyi separatçılarla Ukrayna ordusu arasında gərgin döyüşlər gedir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR