Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı”nı müzakirə edilib

Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı”nı müzakirə edilib
12:58 16 Mart 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 16 mart, AZƏRTAC
“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin İcbari sığorta komitəsinin iclası keçirilib.
Sığortaçılar Assosiasiyasından AZƏRTAC-a bildiriblər ki, ASA-nın sədri Orxan Bayramov və sığorta şirkətlərinin iştirakı ilə keçirilən iclasda Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı”nı müzakirə edilib.
Qərara alınıb ki, Planda nəzərdə tutulmuş “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsi, sığorta şikayətlərinin açıq araşdırılması, avtomobil qəzaları ilə bağlı elektron arayışların alınması, kadr hazırlığının gücləndirilməsi məsələlərinə dair təkliflər və layihələr, həmçinin onların icra planları hazırlansın.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Respublikasi_sigorta_bazarinin_2015_2017_ci_illerde_inkisafi_uzre_Tedbirler_Planini_muzakire_edilib-839586

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR