“Yoxsa, buna görə cəzalanırsan” – Zaur Svanadze

“Yoxsa, buna görə cəzalanırsan” – Zaur Svanadze
22:27 4 Fevral 2017
40 İdman
Ölkə mətbuatı
A- A+

"Uşaqlar yaxşı oynadılar. Matçda temp var idi. Həm rəqib, həm də bizim komanda gözəl oyun nümayiş etdirdilər".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.
 
Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə "Sumqayıt"la qarşılaşan paytaxt təmsilçisi matçdan 2:2 hesablı bərabərliklə ayrılıb.
 
Görüş başa çatdıqdan sonra oyun haqqında fikirlərini bölüşən gürcü çalışdırıcı son anda qələbəni əldən verdikləri üçün təəssüfünü gizlətməyib: "Təəssüf ki, qələbəni əldən verdik. Ancaq nə edək? Belə alındı və biz növbəti oyunlara hazırlaşacağıq. Görünən budur ki, son saniyələrə qədər diqqətli olmaq lazımdı, yoxsa, buna görə cəzalanırsan".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR