Günəş batareyası ilə işləyən raket buraxılacaq

Günəş batareyası ilə işləyən raket buraxılacaq
22:37 4 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Rusiya alimləri kosmosa günəş batareyası ilə işləyən raket buraxmağı təklif ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislər günəş batareyalı mühərrikin maye yanacaqla işləyən mühərrikə nisbətən iki dəfə səmərəli olacağını bildirirlər.

Alimlərin sözlərinə görə, yeni mühərrik fotoelektrik yolu ilə günəş şüalarını qəbul edən qurğudan ibarət olacaq. Qurğu Günəş şüalarını elektrik enerjisinə çevirəcək. Mütəxəssislər qeyd edirlər ki, yaxın gələcəkdə günəş batareyası ilə işləyən raketləri kosmosa buraxmaq mümkün olacaq.

Xəbər verildiyi kimi, "Proton" raketinin kommersiya buraxılışı 2017-ci ilin aprelində həyata keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/514416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR