Həya hissinin həyatımızda fövqəl önəmi

Həya hissinin həyatımızda fövqəl önəmi
22:47 4 Fevral 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Həya və utanmaq barədə bəzi fikirlərimlə bölüşmək istəyərdim.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, utanmaq bu mənada ki, həya saxlamaq - insanın daxili xüsusiyyətləri içərisində ən sayılıb-seçilənlərdəndir. Bunun səbəblərindən biri - həya saxlayarkən eyni zamanda bir çox günahlardan uzaq olmaqdır. Günahlardan uzaq olmaq isə insanı hər mənada ucaldır, onu ən ali Varlığa yaxınlaşdırır.
Maraqlıdır ki, qədim Roma filosofu Siseron deyir: "Utanmayan, həyası olmayan insan təkcə tənqidə deyil, hətta cəzaya da layiqdir". Siseronun bu cümləsində mənə maraqlı olan tərəf - bu xislətə malik olan insanlarla bağlı sərt mövqenin açıq şəkildə təzahürüdür. Belə ki, insanın əxlaqi xüsusiyətləri arasında tərif, xoş sözlər daim üstün tutulur, tənqid, cəza və bu qəbildən olan əməllər mənfi sayılır. Siseron isə cəzanı utanmaq və həyadan uzaq olan insanlara layiq bilir. Nəzərə alsaq ki, Siseron həm də bir siyasi xadim idi, onun bu mənəvi mərəzin tənqidinə bu cür önəm verməsi xüsusi səciyyə daşıyır.
Bu xislətlərin mənfi fəsadının digər günahlara yol açmaq olduğunu qeyd etdik. Burada ən əsas amil isə bu günahların cəmiyyət səviyyəsində təsiridir. Bu mənada Siseronun sözlərinə haqq qazandırmaq olar. Cəmiyyətin islahı üçün cəza mexanizminin işə salınması labüddür. Mübarək dinimiz də bu xislətlər haqqında olduqca mənfi yanaşmaya malikdir. Əmirəlmöminin İmam Əli (ə) buyurub: "Xalqdan həya etməyən kəs, Sübhan olan Allahdan da həya etməz".
Digər tərəfdən, həyaya sahib olanlar haqqında məsum İmamlarımız (ə) çox müsbət rəyə malikdirlər. İmam Əlinin (ə) bu mövzu haqqında buyuruşlarına diqqət edək:
"Həya - hər gözəlliyə və yaxşılığa çatmaq üçün vasitədir".
"Həya - bütün yaxşılıqların açarıdır".
"İnsanların ən ağıllısı - onların ən həyalısıdır".
Həyatımız Allah bəyənən həyalı surətdə yaşamaq diləyi ilə.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/514077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR