Marin Le Pen Fransanın NATO-dan çıxmalı olğunu hesab edir

Marin Le Pen Fransanın NATO-dan çıxmalı olğunu hesab edir
22:52 4 Fevral 2017
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 fevral. REPORT.AZ/ Fransanın “Milli cəbhə” partiyasının lideri Marin Le Pen ölkəsinin NATO-nun tərkibindən çıxmasının zəruri olduğunu hesab edir.
“Report” xəbər verir ki, bu barədə o öz seçkiqabağı proqramında deyib.
Le Penin 144 vədi arasında Fransanın Avropa İttifaqından çıxmasına dair referendum, miqrant qəbuluna kvota qoyulması, təqaüd yaşının azaldılması, sosial ödənişlərin artırılması və gəlir vergisinin azaldılması da var.
“Bu proqramın məqsədi, hər şeydən əvvəl, Fransanın azadlığını özünə qaytarmaq və insanlara səs hüququ verməkdir”, — deyə o bildirib.
Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də keçirilməlidir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/marin-le-pen-fransanin-nato-dan-cixmali-olgunu-hesab-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR