“Düşünməməmək” və “düşünmək” barədə düşünmək

“Düşünməməmək” və “düşünmək” barədə düşünmək
23:22 4 Fevral 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir neçə gün öncə bir tanışımla görüşən zaman gündəlik məsələlərdən, problemlərdən və s. söhbət edən zaman dedi ki, "mən artıq heç nə barədə düşünmürəm. Artıq düşünürəm ki, bundan sonra ümumiyyətlə düşünüb beynimi yormayım." Onun bu sözləri isə məni düşünməyə vadar etdi.

Allahın insana bəxş etdiyi ən gözəl nemətlərdən biri məhz düşünməkdir. Bizi digər canlılardan fərqləndirən də elə budur. Çünki insan atdığı hər bir addımı düşünür və qərar verərkən öz düşüncəsi ilə hesabladığı işi görür. Bunun düz və ya səhv olması ilə işimiz yoxdur. Amma insan düşünməzsə o zaman ən böyük problemlə qarşı-qarşıya qalır. Düzdür insanın düşünməməməsi mümükün deyil. Hətta tanışımın dediyi kimi düçünməməmək barədə də düşünür.

Milli.Az islam.az-a istinadən bildirir ki, lakin təəssüflər olsun ki, hazırda cəmiyyətimizdə düşünən insanların sayı hər gün azalır. Daha doğrusu insanların düşüncəsi yalnız bir istiqamətə yönəlir. Sosial problemlərini həll etmək. Bir tikə çörək, geyim və s kimi. Artıq gün başlayanda yalnız bu düşüncə ilə yola çıxır və günün sonuna qədər fikri axşam evə gedəndə zənbilində nəsə alıb aparmaqdır. Evə çatanda isə həmin bir tikə çörəyi yeyir və yorğunluqdan yatır. Daha başqa məsələlər barədə düşünməyə vaxtı qalmır. Hər gün yaşanan bu monoton həyat isə insanı get gedə günümüzdə demək olar ki, bütün sahələri əhatə edən robotlara çevirir.

İnsan düşünmədikcə onda mənəvi aclıq yaranır. Bu mənəvi aclıq isə onun düşünməsini əngəlləyən qüvvələr tərəfindən istədikləri istiqamətə yönəldilir. Həm maddi həm də mənəvi aclığı olan insana birdən-birə maddi yardım edilir və onun düşünməsi üçün şərait yaradılır. Bu zaman isə dövriyyəyə girən "mənəviyyat ovçuları" ona özlərinə lazım olan ideologiyanı aşılayır. Nəticə etibarı ilə İŞİD, Əl-Qadiə, Taliban və s formalaşır. Həmçinin birdən-birə mənəvi aclığı olan adama yeridilən "fəlsəfi biliklər" onu teist, ateist və.s edir. Yaxud da nağıllar danışan mollanın yanında öyərəndiyi "din" ilə əlində təsbeh, barmağında üzük, üzündə saqqal gününü məsciddə keçirir və ailəsinin ruzisini isə "mömin qardaşlarının ehsanı" hesabına ödəməyə çalışır.

Bir vaxt isə həqiqi düşünməyə vaxtı kifayət qədər olur. Amma o zaman bədəni eni-uzunu 3 metr olan qəbirdə olur. Beləcə itirdiyi ömrünün hesabını vermək üçün qiyamət gününü gözləyir.

P.S. Düşünmək bu dünyada yalnız insana xas olan bir hissdir. Allah bizi elə düşünmək üçün yaradıb desək bəlkə də yanılmarıq. "Düşünməməmək" barədə deyil, "düşünmək" barədə düşünmək diləyi ilə...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/514088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR