Kosmik məkanda baş verən dəhşətli qəzalar

Kosmik məkanda baş verən dəhşətli qəzalar
23:27 4 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bəşər oğlu tərəfindən kosmosun fəthi başlayandan sonra kosmik məkana çıxarılan və olduqca baha başa gələn gəmilər dəfələrlə qəzaya uğrayıblar. Amma bu qəzalar tədricən elm və texnikanın inkişafına imkan verərək Marsın koloniyalaşdırılması ideyasının reallaşdırılmasına yol açmaqdadır. Öz növbəsində Yerətrafı orbitə çıxarılan kosmik gəmilərin müəyyən səbəblərdən qəzaya uğraması insan itkilərinə səbəb olub.

"Apollon-1" faciəsi

1967-ci ildə Yerətrafı orbitə çıxarılması nəzərdə tutulan ABŞ-a məxsus kosmik gəminin qəzaya uğraması baş verdi. Belə ki, 1967-ci il yanvar ayının 27-də "Apollon"kosmik gəmisinin Yerətrafı orbitə çıxarılmasına hazırlıq zamanı qəza baş verdi. Nəticədə kosmik məkana səfərə hazırlaşan "Apollon-1"-in heyəti, astronovtlar Edvard Uayt, Virgil Qriss və Rocer Çaffi həlak oldular. Sonradan araşdırmalar zamanı məlum oldu ki, gəminin yanmasına səbəb məşqlər zamanı oksigen-azot birləşmələrinin yüksək təzyiq altında alışması olub.

"Soyuz-1": kosmik yarışma qurbanı

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, ötən əsrin 50-ci illərindən başlayaraq ABŞ-la SSRİ arasında kosmik məkanın fəthi uğrunda gedən yarışda Moskva öz əzəli rəqibini xeyli geridə buraxmışdı. Lakin tədricən kosmos uğrunda mübarizədə SSRİ ABŞ-a uduzmağa başlamışdı. Belə ki, 1965-1967-ci illərdə ABŞ Yerətrafı orbitə ardıcıl olaraq pilotla idarə olunan kosmik gəmilər göndərdiyi halda, SSRİ bir dəfə də olsun bunu edə bilməmişdi. Ona görə də SSRİ 1967-ci ildə nəyin bahasına olursa olsun Yerətrafı orbitə pilotlu gəmi göndərməyi qərara almışdı. 1967-ci il aprel ayının 23-də içərisində kosmonavt Vladimir Komarovun olduğu "Soyuz-1" kosmik gəmisi Yerətrafı orbitə çıxarıldı. Amma gəminin kosmosa göndərilməsindən sonra problemlər başladı, əvvəlcə gəmidə quraşdırılan iki günəş batareyasından birinin panelləri açılmadı. Nəticədə gəmidə enerji çatışmazlığı yarandı. Ona görə də gəminin vaxtından əvvəl geriyə qaytarılması qərara alındı. "Soyuz-1" uğurla Yerətrafı orbiti tərk etdi. Lakin nəzədə tutulan əraziyə enmə mərhələsində gəmidəki paraşüt sistemində nasaszlıq baş verdi və o açılmadı. Belə güman edilir ki, buna səbəb enmə aparatında olan texniki səhvlər olub. Nəticədə saniyədə 50 metr sürətlə hərəkət edən enmə aparatı yerə dəyərək partladı və kosmonavt Komarov həlak oldu. Bu həmin dövrdə Yerətrafı orbitin fəthi tarixində kosmik məkanda pilotla idarə olunan kosmik gəminin ilk qəzası idi.

Həmin dövrdə Yerətrafı orbitdə qəzalar adi hal almağa başlamışdı. Belə ki, növbəti kosmik qəza "Soyuz-11" kosmik gəmisi ilə əlaqədar baş verdi. Bu, "Salyut" orbit stansiyasında fəaliyyət göstərən ilk çoxadamlı heyət idi. 1971-ci il iyun ayının 29-da "Soyuz-11" kosmik gəmisinin heyəti 23 gün ərzində Yerətrafı orbital stansiyada nəzərdə tutulanları uğurla həyata keçirdikdən sonra yerə qayıdırdı. Lakin gözlənilməz qəza nəticəsində hər üç kosmonavt həlak oldu. Araşdırmalar zamanı məlum oldu ki, qəzaya səbəb 150 kilometr hündürlükdə enmə aparatındə təzyiqin birdən-birə aşağı düşməsi olub. Qəzanı araşdıran komissiya təzyiqin aşağı düşməsinə havalandırma sistemindəki klapanın səbəb olduğu qənaətinə gəlmişdi. Klapanın tam bağlanmaması nəticəsində kosmonavtların hər üçü dünyasını dəyişmişdi. Bundan dərhal dərs çıxarıldı və sonrlar kosmosa göndərilən apartlarda təzyiqin düşməsinə və klapanın tam bağlanmamsına səbəb olan nasaszlıq aradan qaldırıldı.

1986-cı ildə daha bir gəmi qəzası baş verdi. 1986-cı il yanvar ayının 28-də Yerətrafı orbitə çıxarılan "Çellenger" kosmik gəmisi 73 saniyə sonra havada partladı. Gəmidəki 7 heyət üzvünün hamısı həlak oldu. Qəzanın səbəblərini araşdıran zaman məlum oldu ki, qatı yanacaq bakının halqası gəmi Yerətrafı orbitə çıxarılan zaman zədələnibmiş. Bu da öz növbəsində yanacaq bakının sıradan çıxmasına və gəminin havada ikən alışaraq yanmasına səbəb olmuşdu. Nəticədə bu nasaszlığı aradan qaldırmaq ABŞ Kosmik Tədqiqatlar İdarəsinə (NASA) 2,5 ilə başa gəldi.

Bununla belə müxtəlif səbəblərdən Yerətrafı orbitə çıxarılan kosmik gəmilərin qəzaları davam etməkdə idi. Belə qəzalardan biri 2003-cü il fevral ayının 1-də "Kolumbiya" kosmik gəmisi ilə əlaqədar baş verdi. 16 gün Yerətrafı orbitdə uğurla fəaliyyət göstərən kosmik gəmi geriyə qayıdarkən atmosferin sıx qatlarında yoxa çıxdı. Araşdırmalar zamanı gəminin qəzaya uğrayaraq yandığı məlum oldu. Qəza gəmidəki 7 astronavtın ölümünə yol açdı. Bir neçə ay davam edən axtarışlar zamanı gəminin qalıqlarını böyük bir ərazidən yığmaq lazım gəldi. Araşdırmalar zamanı məlum oldu ki, qəzaya səbəb qoruyucu qatın zədələnməsi olub. Bundan sonra ABŞ tərəfindən kosmik məkana pilotlu gəmi göndəriməsində müəyyən fasilələr əmələ gəldi. Son dövrlərdə isə NASA kosmik məkana, o cümlədən Mars planetinə daha çox pilotsuz gəmilər göndərilməsinə üstünlük verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/514313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR