Bakıda "Qazel" piyadanı vurdu

Bakıda "Qazel" piyadanı vurdu
23:28 4 Fevral 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Axşam saatlarında Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində qeydə alınıb.

Belə ki, “10-XU-219” dövlət qeydiyyat nişanlı, “Qazel” markalı yük avtomobili yolu keçmək istəyən piyadanı vurub. Nəticədə piyada ağır xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Yaralı “təcili yardım” maşını ilə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, piyada sərxoş vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/186465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR