Paytaxtda çoxmərtəbəli binada yanğın oldu

Paytaxtda çoxmərtəbəli binada yanğın oldu
23:28 4 Fevral 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda çoxmərtəbəli binada yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın Babək prospekti, 1130-1133 cü məhəllə, 8-ci binanın 15-ci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə 3 yanğınsöndürmə maşını cəlb olunub. Yuxarı mərtəbələrdəki mənzillərin sakinləri təxliyə olunub. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, bu bina qaz və istilik təchizatı ilə təmin olunmayıb. Buna görə də yanğının həddindən artıq yüklənən elektrik naqillərindəki qısaqapanmadan qaynaqlandığı bildirilir.

Yanğın söndürülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/186470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR