Azərbaycan Suriyaya yardım göndərib

Azərbaycan Suriyaya yardım göndərib
00:04 5 Fevral 2017
35 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan ötən il Suriyaya ərzaq, dərman və digər zəruri əşyalar qismində yardım göndərib.

 

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov qurumun akademiyasında “Ordu və cəmiyyət” mövzusunda keçirilən kurslar çərçivəsində zabit, məmur və ekspertlər qarşısında mühazirə ilə çıxış edərkən məlumat verib.

 

“2016-cı ilin fevralında yaradılmış Düşmən Tərəflərin Barışdırılması üzrə Mərkəz bir ildən az müddət ərzində təkcə Rusiya deyil, həmçinin Azərbaycan, Belarus, Serbiya və Qazaxıstan tərəfindən Suriyaya göndərilmiş 1000 tondan çox ərzaq, dərman və digər zəruri əşyaları yerli əhali arasında paylaşdırıb”, - deyə Gerasimov bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266821

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR