Türkiyə və Rusiya komandalarının oyununda DAVA DÜŞDÜ

Türkiyə və Rusiya komandalarının oyununda DAVA DÜŞDÜ
00:05 5 Fevral 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

Mahacqalanın "Anji" və Türkiyənin "Elaziqspor" komandaları arasında keçirilən yoldaşlıq oyunu futbolçuların kütləvi davası səbəbindən yarımçıq qalıb. Milli.Az modern.az-a istinadən bildirir ki, bu haqda Rusiya klubunun Twitter səhifəsində məlumat yayılıb.
Görüş bu gün olub. Birinci hissənin sonunda oyunçular arasında dartışma yaranıb.
Məlumata görə, Türkiyə komandasının oyunçuları qol buraxandan sonra özlərini aqressiv aparıblar.
Nəticədə mahacqaqalı oyunçu Batraz Xadartsevlə "Elaziqspor"un ehtiyat oyunçuları meydanda dava ediblər.
Rusiya klubunun baş məşqçisi Aleksandr Qriqoryan komandasını soyunub-geyinmə otağına aparmaq qərarına gəlib.
Bu komandaların 2016-cı ildə keçirilən görüşündə də dava düşdüyü bildirilir.
 
Modern.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR