Gürcüstanda FETÖ ilə əlaqəli iki məktəb bağlandı

Gürcüstanda FETÖ ilə əlaqəli iki məktəb bağlandı
00:14 5 Fevral 2017
106 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan Elm və Təhsil Nazirliyi Batumidəki Şahin Dostluq liseyinin və ibtidai sinif məktəbinin fəaliyyətini dayandırıb. APA-nın Gürcüstan bürosunun Anadolu Agentliyinə istinadən məlumatına görə, liseyin  FETÖ əlaqəli olduğu məlum olub. Nəticədə Gürcüstan elm və təhsil nazirliyi ibtidai məktəbin və liseyin lisenziyasını ləğv edib.

 

Nazirlikdən bildirilib ki, lisenziya bir çox məsələlərlə əlaqədar, eyni zamanda tədris prosesində  ciddi nöqsanlara görə ləğv olunub. Həmin məktəblərdə dərs prosesləri dayandırılacaq.

 

Tədrisin dayandırılması barədə qərar qəbul edildikdən sonra həmin  məktəblər bağlanılıb.

 

Məlumata görə, həmin təhsil ocaqlarında 340 nəfər şagird təhsil alıb

 

Nazirlikdən verilən məlumata görə, bağlanan məktəblərin şagirdləri Batumidəki digər təhsil ocaqlarında təhsillərinə davam edəcəklər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266822

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR