Batumidə FETÖ ilə əlaqəli iki məktəb bağlandı

Batumidə FETÖ ilə əlaqəli iki məktəb bağlandı
00:27 5 Fevral 2017
38 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstan Elm və Təhsil Nazirliyi Batumidəki Şahin Dostluq liseyinin və ibtidai sinif məktəbinin fəaliyyətini dayandırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, liseyin  FETÖ ilə əlaqəli olduğu məlum olub. Nəticədə Gürcüstan elm və təhsil nazirliyi ibtidai məktəbin və liseyin lisenziyasını ləğv edib.
Nazirlikdən bildirilib ki, lisenziya bir çox məsələlərlə əlaqədar, eyni zamanda tədris prosesində  ciddi nöqsanlara görə ləğv olunub. Həmin məktəblərdə dərs prosesləri dayandırılacaq.
 
Tədrisin dayandırılması barədə qərar qəbul edildikdən sonra həmin  məktəblər bağlanılıb.
 
Məlumata görə, həmin təhsil ocaqlarında 340 nəfər şagird təhsil alıb
 
Nazirlikdən verilən məlumata görə, bağlanan məktəblərin şagirdləri Batumidəki digər təhsil ocaqlarında təhsillərinə davam edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR