"Barselona" "Atletik Bilbao"nu məğlub edərək "Real"a yaxınlaşıb

"Barselona" "Atletik Bilbao"nu məğlub edərək "Real"a yaxınlaşıb
00:57 5 Fevral 2017
105 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 fevral. REPORT.AZ/ Kataloniyanın "Barselona" klubu futbol üzrə İspaniya La Liqasının 21-ci turunun ev oyununda "Atletik Bilbao"nu darmadağın edib.
"Report" xəbər verir ki, Barselonanın "Kamp Nou" stadionunda keçirilən görüş 3:0 hesabı ilə başa çatıb.
Qələbə sayəsində aktivindəki xalların sayını 45-ə çatdıran "Barselona" hazırda turnir cədvəlində ikinci yeri tutur və ondan iki oyun az keçirən lider "Real"dan (46) bir xal geri qalır. "Atletik" 32 xal ilə 8-cidir.
İspaniya La Liqası. 21-ci tur
"Barselona" – "Atletik Bilbao" - 3:0
1:0 – Alkaser – 18, 2:0 – Messi – 40, 3:0 – Vidal – 67.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-atletik-bilbao-nu-meglub-ederek-real-a-yaxinlasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR