İran razılaşmanı pozur: Neft hasilatını artırır

İran razılaşmanı pozur: Neft hasilatını artırır
02:18 5 Fevral 2017
Ölkə mətbuatı
A- A+

İran gündəlik neft hasilatını 4 milyon barrelə çatdıracaq.

Publika.az TASS agentliyinə istinadla xəbər verir ki, bunu İran Milli Neft Şirkətinin başçısı Əli Kardor bildirib. Onun sözlərinə görə, ölkəsi mart ayının 20-dən etibarən sutkalıq neft hasilatını 4 milyon barrelə qədər artıracaq.

OPEC-lə razılaşmaya görə, İranın sutkalıq neft hasilatı 3,79 milyon barreli ötməməlidir.

İranın tutduğu bu mövqeə dünyada neftin qiymətinin kəskin aşağı düşməsinə səbəb ola bilər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/186477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR