Barmaqların uzunluğu gəlir səviyyəsindən xəbər verir - Siz də yoxlayın!

Barmaqların uzunluğu gəlir səviyyəsindən xəbər verir - Siz də yoxlayın!
02:48 5 Fevral 2017
128 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin tədqiqatlarına görə, pul qazanmaq bacarığı hələ ana bətnində formalaşır. Məlum olduğu kimi, əgər şəhadət barmağı adsız barmaqdan qısadırsa, deməli, insan bətndaxili inkişaf prosesində güclü testosteron təsirinə məruz qalıb. Alimlər müəyyən ediblər ki, belə insanlar çox vaxt maliyyə uğuru qazanırlar.

Publika.az xəbər verir ki, tədqiqatda yaşı 25-60 arasında olan 2 min adam iştirak edib. Mütəxəssislər könüllülərin barmaqlarının uzunluğunu ölçüblər. Sonra iştirakçılar gəlir səviyyəsi barədə suallara cavab veriblər. Tədqiqatçılar nəticələrə təsir göstərə biləcək amilləri nəzərə alıblar. Məlum olub ki, qadınların şəhadət və adsız barmaqları arasında nisbət nə qədər kiçikdirsə, onların pul qazanmaq bacarığı bir o qədər güclüdür.

Müəyyən edilib ki, şəhadət barmağı adsız barmağından qısa olan güclü cinsin nümayəndələrinin gəlir səviyyəsi yüksəkdir. Şəhadət barmağı adsız barmağından uzun olan kişilər arasında yalnız təhsil səviyyəsi yüksək olanlar seçiliblər. Onlar da yaxşı pul qazanıblar. (Azərtac)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/186453.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR