Səmədov rus fanatları özündən çıxardı - İLGİNC FAKT

Səmədov rus fanatları özündən çıxardı  - İLGİNC FAKT
03:17 5 Fevral 2017
132 İdman
Ölkə mətbuatı
A- A+

Yanvarda Moskva “Lokomotiv”ini eyni şəhərin “Spartak”ına dəyişən Aleksandr Səmədov “dəmiryolçular”ın azarkeşlərinin sosial şəbəkələrdə ən çox söydüyü futbolçuya çevrilib. Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, səbəb azərbaycanlı yarımmüdafiəçinin klubunu dəyişməsi deyil.


İş ondadı ki, futbolçunun Rusiyanın paytaxtındakı “Sokolniki” parkında “Siren” adlı kafesi var. Məhz bu məkandan Aleksandr “Lokomotiv”də oynadığı dönəmdə bütün “Loko”lu fanatlar 10 faiz güzəştlə istifadə edə bilirdi. Orta xətt oyunçusu “Spartak”a qayıdandan sonra əvvəlki klubunun azarkeşlərinə edilən güzəştin ləğv olunmasına qərar verib. Azərbaycanlının bu hərəkətindən hiddətlənən tərəfdarlar onu satqınlıqda, cılızlıqda, nanəciblikdə suçlamağa davam edir. Rusiyanın mətbuatı yarımmüdafiəçinin iki səbəbdən bu addımı ata biləcəyini yazıb. Bəziləri Səmədovun eyni güzəşti “Spartak” fanatlarına yönəltməyə hazırlaşdığını vurğulayır, digərləri radikal “Loko” tərəfdarlarının keçidi aqressiv qarşılamasını əsas gətirir.

 


Fanat.Az

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-smdov-rus-fanatlar-ozundn-cxard-t56060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR