23 nəfər daşqınların qurbanı oldu

23 nəfər daşqınların qurbanı oldu
04:39 5 Fevral 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

Peruda güclü daşqınlar nəticəsində 23 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,   daha 37 nəfər xəsarətlər alıb.

 

Təbii fəlakət nəticəsində 6 min nəfər evsiz qalıb, ümumilikdə isə 72 min nəfər ziyan çəkib. Daşqınlar 15 minədək tikiliyə ziyan vurub, minədək tikili tamam uçub, 14 körpü və 46 km yollar sıradan çıxıb.    

 

Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 1500 hərbçi cəlb edilib.

 

Daşqınlar və yer sürüşmələrinə səbəb intensiv yağışlar olub. Yanvarın sonlarında ölkənin 4 şəhərində fövqəladə vəziyyət elan edilib.    

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266830

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR