İtaliya çempionatı: "Napoli" "Bolonya"nın qapısından 7 qol keçirib

İtaliya çempionatı: "Napoli" "Bolonya"nın qapısından 7 qol keçirib
06:02 5 Fevral 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 fevral. REPORT.AZ/ "Napoli" futbol üzrə İtaliya çempionatının 23-cü turunda "Bolonya"nı səfərdə 7:1 hesabı ilə darmadağın edib.
"Report" xəbər verir ki, qalib komandanın heyətində Marek Qamşik (4, 70 və 74-cü dəqiqə) və Dris Mertens (33, 43, 90) hərəyə üç qol vurub, daha bir qolu isə Lorenso İnsinye öz adına yazdırıb. Ev sahiblərindən Vasilis Torosidis (36) fərqlənib.
Hazırda "Napoli" aktivində 48 xal ilə turnir cədvəlində ikinci pillədə qərarlaşıb. "Bolonya" 27 xalla 13-cü sıradadır.
XXIII turun daha 8 qarşılaşması bazar günü keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-taliya-cempionati-napoli-bolonya-nin-qapisindan-7-qol-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR