Restoranda nahar edən hərbçilərin avtomatları oğurlandı

Restoranda nahar edən hərbçilərin avtomatları oğurlandı
07:04 5 Fevral 2017
159 Digər
Ölkə mətbuatı
A- A+

Fransada naməlum şəxslər “Makdonalds”da nahar edən hərbçilərin silahını oğurlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident İzer departamentinin La-Verpiyer qəsəbəsində baş verib. Nahardan etdikdən sonra hərbçilər restoranın qarşısında park edilən avtomobilin şüşəsinin naməlum şəxslər tərəfindən qırıldığını və salondan FAMAS tipli iki avtomat silahların  oğurlandığını müəyyən ediblər.   

 

Hadisə yerinə polis çağırılıb. Əməliyyata onlarla polis və helikopter cəlb edilib. İlkin məlumata görə, silahları iki şəxs oğurlayıb, onların axtarışı davam etdirilir.  

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR