İspaniya Sequndasında XXIV turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, milli futbolçumuz Eddi İsrafilovun komandası öz meydanında “Mirandes”lə üz-üzə gəlib.
Eddi “Kadis”in 2:1 hesablı qələbəsini kənardan izləyib. Ötən tur 5-ci “sarı”nı görən İsrafilov cəza üzündən oynamayıb.
Bu qələbəylə xal hesabını 40-a çatdıran “Kadis” turnir cədvəlində 22 komanda arasında 3-cü yerdədi.
Fanat.Az