BAKIDA FACİƏ: yolun buzunu təmizləyən qadını vurub öldürdülər

BAKIDA FACİƏ: yolun buzunu təmizləyən qadını vurub öldürdülər
10:14 5 Fevral 2017
716 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən qadını avtomobil vurub. Naməlum sürücünün idarə etdiyi nəqliyyat vasitəsi MKİS işçisi olan 40-45 yaşlı qadını vuraraq 10-15 metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

 

Qəzanı törədən sürücü avtomobili ilə birgə qaçıb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266836

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR