"Neftçi"dəki transfer fırıldağından yeni məqamlar - SON ANDA

"Neftçi"dəki transfer fırıldağından yeni məqamlar  - SON ANDA
10:17 5 Fevral 2017
427 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi”nin büdcəsindən Zdenek Folprext və Pavel Dreskanın transferi zamanı 22 min avro (45 min manat) pul yeyildiy haqda məlumatı diqqətinizə çatdırmışdıq. Fanat.Az olaraq sözügedən futbolçuların konkret kimlərin vasitəçiliyi ilə Bakı təmsilçisinə gətirildiyini dəqiqləşdirdik.

 

“Slovan”dan icarəyə götürülən Folprext  AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru və Azərbaycan millisinin adminstratoru vəzifələrində çalışan Riad Rəfiyevin vasitəçiliyi ilə Azərbaycan klubuna verilib. “Karvina”dan transfer olunan Dreskanın meneceri qismində 2009/10 mövsümündə “İnter”də oynamış sabiq müdafiəçi Lübomir Kubitsa təqdim olunub.


Rəfiyevin baş katib Elxan Məmmədovun adamı olduğunu sadəcə, xatırlatmaq kifayət edir. Bəs Kubitsa? Transferdən götürdüyü faizdən əlavə qazanan əcnəbiyə niyə bu dərəcədə etibar ediblər?

 

Ortada daha bir maraqlı və məntiqəuyğun məqam var. “Neftçi”nin hazırkı baş məşqçisi Elxan Abdullayev əvvəllər “İnter”də çalışıb. Onun Kubitsanı şəxsən tanıdığı da şübhə doğurmur. Bu yaxınlarda mətbuata “bütün transferlər şəxsən mənim istəyimlə həyata keçirilib” deyən Abdullayevin transfer fırıldağında iştirak edib-etmədiyi bəlli deyil. Məsələni gündəmdə saxlayacağıq.

 


Fanat.Az

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquotdki-transfer-frldandan-yeni-mqamlar-t56063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR