Beşmərtəbəli binanın damında öldü – BAKIDA

Beşmərtəbəli binanın damında öldü – BAKIDA
10:34 5 Fevral 2017
129 Digər
Ölkə mətbuatı
A- A+

Bakı sakini binanın damında vəfat edib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin beşmərtəbəli binanın damına çıxaraq partlamış su borusunu təmir etmək istəyərkən ürək tutmasından vəfat etməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq 1938-ci il təvəllüdlü Əzimov Hüseyn Səməd oğlunun cəsədini binanın damından endirərək aidiyyəti üzrə təhvil verib.

 

Əməliyyat saat 01:03-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266838

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR