Suriyada terrorçular qaz kəmərini partladıb

Suriyada terrorçular qaz kəmərini partladıb
12:12 5 Fevral 2017
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 fevral. REPORT.AZ/ Suriyada terroçular qaz kəmərini partladıb.
"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi bu ölkənin Elektroenergetika Nazirliyinə istinadən xəbər verib.
Məlumata görə, hadisə Rif-Dimaşk vilayətində, Cirud rayonunda qeydə alınıb. Xəbərdə bildirilir ki, "ən-Nasiriyyə" elektrostansiyasını təchiz edən qaz kəməri sıradan çıxarılıb.
Hadisə ilə əlaqədar həmçinin elektrostansiya da fəaliyyətini dayandırıb. Qaz kəmərinin hansı silahlı qruplaşma tərəfindən sıradan çıxarılması barədə məlumat verilmir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/suriyada-terrorcular-qaz-kemerini-partladib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR