Ankarada terrorçularla əlaqədə şübhəli bilinən 60 nəfər saxlanılıb

Ankarada terrorçularla əlaqədə şübhəli bilinən 60 nəfər saxlanılıb
12:52 5 Fevral 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 fevral. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankara şəhərində terrorçularla əlaqədə şübhəli bilinən 60 nəfər saxlanılıb.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.
Məlumata görə, bununla bağlı əməliyyat bu gün səhər saatlarında keçirilib. Əməliyyat Sincan, Çubuq, Yeniməhəllə və Mamak rayonlarında təşkil olunub.
Xəbərdə bildirilir ki, Ankara Polis İdarəsinin əməkdaşları İŞİD tərəfdarları əleyhinə keçirdikləri əməliyyat zamanı terror qruplaşmasının tərəfdarı olmaqda şübəli bilinən 60 nəfəri saxlayıblar. Saxlanılanların əksəriyyəti xarici ölkə vətəndaşlarıdır.
Şübhəlilər ifadə vermək üçün Ankara Polis İdarəsinə aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ankarada-terrorcularla-elaqede-subheli-bilinen-60-nefer-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR