Türkiyədə terakt törətməyə hazırlaşan İŞİD şəbəkəsi ələ keçdi

Türkiyədə terakt törətməyə hazırlaşan İŞİD şəbəkəsi ələ keçdi
13:17 5 Fevral 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Türkiyə hüquq-mühafizə orqanları İŞİD terror təşkilatının ölkədəki gizli şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, səhər saatlarında Ankara, İstanbul, Bursa və İzmir başda olmaqla, bir çox şəhər və rayonlarda eyni vaxtda əməliyyat başlayıb.
 
Polisin keçirdiyi əməliyyat nəticəsində Ankarada 60, İstanbulda 18, Bursada 46 İŞİD üzvü olmaqda şübhəli sayılan şəxs saxlanılıb. Konyada 75 nəfərin saxlanılması barədə qərar var. Saxlanılan şəxslərin terror aktı törətməyə hazırlaşdıqları bildirilir.
 
Saxlanılanlardan 10-u uşaq olmaqla, 14 nəfər xarici ölkə vətəndaşıdır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR