Daninin durumu qətiləşdi - "Qarabağ"dan üzücü açıqlama

Daninin durumu qətiləşdi   - "Qarabağ"dan üzücü açıqlama
13:47 5 Fevral 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqanın 16-cı turunun AZAL – “Qarabağ” oyununda ciddi zədə alan Ağdam klubunun legioneri Dani Kintananın son durumu müəyyənləşib.


Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a açıqlamasında bildirib ki, tibbi müayinədən keçən 30 yaşlı yarımmüdafiəçinin diz bağlarının qırıldığı qətiləşib. Gözlənildiyi kimi, bu səbəbdən ispan futbolçu ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq. Onun yaxın vaxtlarda əməliyyat olunacağı gözlənilir.


Beləliklə, Dani üçün Topaz Premyer Liqasının 2016/17 mövsümün erkən başa çatıb. Bundan başqa, “Qarabağ” avrokuboklara vəsiqə qazanacağı təqdirdə, Dani ilkin mərhələnin bəzi oyunlarını da buraxacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-daninin-durumu-qtildi-t56065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR