Pakistanda qar uçqunu nəticəsində 14 nəfər həlak olub

Pakistanda qar uçqunu nəticəsində 14 nəfər həlak olub
14:02 5 Fevral 2017
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 fevral. REPORT.AZ/ Pakistanın şimal-qərbindəki Hayber-Pahtunhva vilayətinin Çitral dairəsində baş vermiş qar uçqunu nəticəsində azı 14 nəfər həlak olub.
"Report"un məlumatına görə, bu barədə "Dawn" qəzeti xəbər verib.
Məlumata görə, ölənlərdən 6-ı uşaq, 6-ı isə qadındır. Xəbərdə bildirilir ki, Şer Şal rayonundakı kəndlərdən biri, o cümlədən 25 ev qar altında qalıb. Daha 5 ev isə tamamilə dağılıb.
Uçqunlar altından çıxarılmış 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Həmin dairədə, Arundu rayonu ərazisində bir neçə saat sonra Pakistan-Əfqanıstan sərhədləri yaxınlığındakı polis postu da qar uçqununa məruz qalıb. Nəticədə yeddi asayiş keşikçisi xəsarət alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pakistanda-qar-ucqunu-neticesinde-14-nefer-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR