Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası şəhid olmuş Azərbaycan əsgəri Qurbanov
Çingiz Salman oğlunun nəşinin qayarılamsı ilə bağlı məlumat
yayıb.
"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət
qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm
tədbirlər nəticəsində 29 dekabr 2016-cı il tarixdə Azərbaycan
Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan
silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq
fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş
Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun nəşi 5 fevral
2017-ci il tarixdə qarşı tərəfdən alınıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl
Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmiş humanitar proses
insidentsiz başa çatıb." - məlumatda deyilir.