"Allah mənə o qədər ömür versin ki..." - 96 yaşlı Lütfi Zadə

"Allah mənə o qədər ömür versin ki..." - 96 yaşlı Lütfi Zadə
14:43 5 Fevral 2017
147 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanli alim, professor Lütfi Ə.Zadənin 96 yaşı tamam olub. Doğum günündə yaxınları onu tək qoymayıblar.

AzTU-nun texnika elmləri doktoru, Lütfi Ə.Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti Şahnaz N.Şahbazova Oxu.Az-a verdiyi məlumata görə, professorun doğum gününü onun evində qeyd ediblər.

“Mən ona möhkəm can sağlığı, uzun omür və aktiv elmi fəaliyyət arzulayıram. O, bir dəfə mənə müsahibəsində demişdi: “Allah mənə o qədər ömür versin ki, mən bütün ideyalarımı, yeniliklərimi və elmi fikirlərimi həyata keçirə bilim”. Mən onun arzusuna qoşuluram. Onu da deyim ki, mən indi Zadənin yanında, Amerikadayam. O, indi də elmi fəaliyyətdə aktivdir, yenə elmi məqalələr, qrantlar üzərində işləyir. Bir daha onu ad günü münasibətilə təbrik edir, ona elmi yeniliklərini, elmi istiqamətlərini həyata keçirtməkdə ona can sağlığı və uzun ömür arzulayıram”.

Şahnaz N.Şahbazova qeyd edib ki, bu günlərdə -1 Fevral 2017-ci ildə BİSC qrupun elmi dəyirmi seminarında professor L.Zadə iştirak edib, və o, digər nisbətən cavan alimlərdən də çox aktiv olub. 2 saatlıq seminarda professor Zadə çıxış da edib.

Qeyd edək ki, Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/186516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR