Türkiyədə terrora hazırlaşan şəbəkə çökdürüldü

Türkiyədə terrora hazırlaşan şəbəkə çökdürüldü
14:59 5 Fevral 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Türkiyə hüquq-mühafizə orqanları İŞİD terror təşkilatının ölkədəki gizli şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirib.

 

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, səhər saatlarında Ankara, İstanbul, Bursa və İzmir başda olmaqla, bir çox şəhər və rayonlarda eyni vaxtda əməliyyat başlayıb.

 

Polisin keçirdiyi əməliyyat nəticəsində Ankarada 60, İstanbulda 18, Bursada 46 İŞİD üzvü olmaqda şübhəli sayılan şəxs saxlanılıb. Konyada 75 nəfərin saxlanılması barədə qərar var. Saxlanılan şəxslərin terror aktı törətməyə hazırlaşdıqları bildirilir.

 

Saxlanılanlardan 10-u uşaq olmaqla, 14 nəfər xarici ölkə vətəndaşıdır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266853

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR