İmişlidə motosikl avtomobillə toqquşub: xəsarət alan var

İmişlidə motosikl avtomobillə toqquşub: xəsarət alan var
15:02 5 Fevral 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli. 5 fevral. REPORT.AZ/ İmişli rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Cavadxanlı kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 31 yaşlı Xalid Böyükağa oğlu Ağayev idarə etdiyi motosikllə hərəkətdə olarkən minik avtomobili ilə toqquşub. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
X.Ağayev İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-mislide-motosikl-avtomobille-toqqusub-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR