"Qarabağ" əsas futbolçusunu 6 aylıq itirdi

"Qarabağ" əsas futbolçusunu 6 aylıq itirdi
15:04 5 Fevral 2017
33 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının XVI turunda AZAL-la matçda zədələnən “Qarabağ”ın futbolçusu Dani Kintananın vəziyyətinə aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, ispaniyalı yarımmüdafiəçinin diz bağlarının qırılması bəlli olub.

 

Bu barədə saytımıza Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Klub rəsmisinin bildirdiyinə görə, Dani yaxın günlərdə əməliyyat olunacaq. O, ən az 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, artıq cari mövsümün 30 yaşlı futbolçu üçün başa çatdığını demək olar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR