Şəhidimizin nəşini kimlər və necə qaytardı?

Şəhidimizin nəşini kimlər və necə qaytardı?
15:12 5 Fevral 2017
455 Ölkə
Ölkə mətbuatı
A- A+

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsi şəhid olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun nəşinin qayarılamsı ilə bağlı ayrı-ayrılıqda məlumat yayıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, komissiyanın məlumatında deyilir:

"Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 29 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun nəşi 5 fevral 2017-ci il tarixdə qarşı tərəfdən alınıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmiş humanitar proses insidentsiz başa çatıb".

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) məlumatında deyilir ki, qurumun himayəsi altında keçirilən əməliyyat, təhvilvermə beynəlxalq sərhəddə - Ermənistanın İcevan və Azərbaycanın Qazax şəhərləri arasındakı yolda baş tutub

29 dekabr 2016-cı ildə beynəlxalq sərhəddə baş verən hadisədən dərhal sonra BQXK əsgərin nəşinin qaytarılması üçün öz neytral vasitəçi xidmətlərini təklif edib.

Keçən il Dağlıq Qarabağ münaqişəsinin aprel gərginləşməsindən sonra BQXK tərəflərə bir neçə dəfə meyitlərin təmas xətti boyu döyüş meydanından çıxarılması əməliyyatlarını həyata keçirməsinə dəstək verib. BQXK həmçinin, meyitlərin qaytarılmasında da yardımçı olub.

BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri regionda humanitar fəaliyyətini həyata keçirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/514488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR