Lavrov Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlarda ATƏT-in fəal iştirakına ümid bəsləyir

Lavrov Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlarda ATƏT-in fəal iştirakına ümid bəsləyir
15:47 5 Fevral 2017
168 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 fevral. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avstriyanın “Profil” jurnalına müsahibəsində ATƏT-in bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinə kömək edəcəyinə ümid bəslədiyini bildirib. 
"Report" AzərTAC-a istinadən xəbər verir ki, nazir deyib: “Ümid edirik ki, ATƏT bundan sonra da Dnestryanıda, habelə Dağlıq Qarabağda vəziyyətin nizama salınmasına dair danışıqlar prosesində fəal iştirak edəcək. Bu, ötən il Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda xüsusilə vacibdir. Biz Cənubi Qafqazla bağlı Cenevrə müzakirələrinin konstruktiv şəkildə davam edəcəyinə də ümid bəsləyirik”.
Nazir hazırda ATƏT-ə sədrlik edən Avstriyanın təşkilatın əhatə etdiyi məkanda münaqişələrin həllinə daha çox diqqət yetirəcəyinə ümid ifadə edib. Onun fikrincə, bu, ilk növbədə, Ukrayna böhranına aiddir.
Sergey Lavrov vurğulayıb ki, Rusiya öz tərəfindən qarşıya qoyulan vəzifələrin uğurlu həllinə kömək edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/lavrov-ermenistan-azerbaycan-munaqisesinin-helli-ile-bagli-danisiqlarda-atet-in-feal-istirakina-umid

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR