Bakıda evakuator sürücüsü qaydanı kobud şəkildə pozdu, tıxac yaratdı - VİDEO

Bakıda evakuator sürücüsü qaydanı kobud şəkildə pozdu, tıxac yaratdı - VİDEO
16:22 5 Fevral 2017
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda evakuator maşınının qayda pozuntusu kameraya düşüb.

Virtualaz.org bildirir ki, baku.ws-in xəbərinə görə, videodan görünür ki, Cəlil Məmmədquluzadə küçəsində evakuator yolu bağlayaraq yolun kənarında dayanan "Hyundai Sonata" markalı maşını götürməyə çalışır. Əslində hərəkətə "Hyundai" mane olmur. Evakuator isə tıxac yaradır.

Maşının sürücüsü gəldikdən sonra evakuator "Hyundai"ı yolun kənarına qoyur. Bu dəfə daha bir qayda pozuntusu baş verir. Evakuator hərəkət istiqamətinin əksinə dönür və saxlayır...

Evakuator sürücüsünün bu hərəkəti onları tıxacda gözləməyə vadar edən digər maşınların sürücülərinin narazılığına səbəb olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/514501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR