Lənkəranda avtomobil yoldan çıxaraq aşıb: xəsarət alan var

Lənkəranda avtomobil yoldan çıxaraq aşıb: xəsarət alan var
16:27 5 Fevral 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 fevral. REPORT.AZ/ Lənkəran rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu, Şirin-Su kəndindən keçən hissəsində baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Şağlaküçə kənd sakini Şükürov Nasir Əzizulla oğlunun idarə etdiyi "Hyundai elantra" markalı avtomaşın yoldan çıxaraq bir neçə dəfə aşıb.
Nəticədə sürücü xəsarət alıb. O, yaxınlıqdakı şəxslərin köməyi ilə avtomobildən çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Yaralı dərhal müayinə olunub. Qəzaya səbəb olaraq avtomobilin yoldan çıxaraq sürüşməsi göstərlir.
Şahidlərin bildirdiyinə görə, qəza zamanı avtomobildə üç nəfər olub. Onlardan ikisinin vəziyyəti normaldır, bu səbəbdən də xəstəxanaya müraciət etməyiblər.
Faktla bağlı araşdırma aparılır. 



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-avtomobil-yoldan-cixaraq-asib-xessarret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR