37 adam soyuqdan öldü

37 adam soyuqdan öldü
16:28 5 Fevral 2017
26 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanda kəskin hava şəraiti onlarla insanın ölümünə səbəb olub.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyinə Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin rəhbəri Səid Abdulla Hamayun məlumat verib.

Onun sözlərinə görə, ölkənin Badahşan, Bamian, Pərvan və Herat bölgələrində əlverişsiz hava şəraiti, qar uçqunları nəticəsində 37 nəfər həlak olub.

Güclü qar səbəbindən Hindquş dağlarındakı strateji keçid - ölkənin şimal vilayətlərini əlaqələndirən Salanq tuneli bağlanıb.

Bununla yanaşı, beynəlxalq Kabil aeroportunun da reysləri təxirə salınıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/186532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR