Avtomobil dayanacaqlarını bağladılar: maşın sürmək olmaz!

Avtomobil dayanacaqlarını bağladılar: maşın sürmək olmaz!
16:37 5 Fevral 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Dubayda hökumət tərəfindən "avtomobilsiz gün" elan edilib. Trend-in məlumatına görə, avtomobilindən imtina edən hər sürücü xeyriyyəçiliyə vəsait köçürülməsinə yardımçı olacaq.

Məlumata görə, Dubay bələdiyyəsi zərərli maddələrin ətraf mühitə atılması səviyyəsini azaltmaq məqsədi ilə həmin gün əhalini avtomobildən imtina etməyə çağırıb.

Təşəbbüs ilk növbədə hökumət müəssisələrinin işçilərinə aiddir. Həmin gün bələdiyyələrin və aksiyaya qoşulan digər müəssisələrin avtomobil dayanacaqları bağlı olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR