İçində 3 adam olan maşın yolda "salto" vurdu: xəsarət alan var - FOTO

İçində 3 adam olan maşın yolda "salto" vurdu: xəsarət alan var - FOTO
16:42 5 Fevral 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu, Şirin-Su kəndindən keçən hissəsində baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Şağlaküçə kənd sakini Şükürov Nasir Əzizulla oğlunun idarə etdiyi "Hyundai Elantra" markalı avtomaşın yoldan çıxaraq bir neçə dəfə aşıb.
Nəticədə sürücü xəsarət alıb. O, yaxınlıqdakı şəxslərin köməyi ilə avtomobildən çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Yaralı dərhal müayinə olunub. Qəzaya səbəb olaraq avtomobilin yoldan çıxaraq sürüşməsi göstərlir.
Şahidlərin bildirdiyinə görə, qəza zamanı avtomobildə üç nəfər olub. Onlardan ikisinin vəziyyəti normaldır, bu səbəbdən də xəstəxanaya müraciət etməyiblər.
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/514506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR