"Qarabağ"ın legioneri üçün mövsüm bitdi

"Qarabağ"ın legioneri üçün mövsüm bitdi
16:57 5 Fevral 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının 16-cı turunun AZAL - "Qarabağ" oyununda ciddi zədə alan Ağdam klubunun legioneri Dani Kintananın son durumu müəyyənləşib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, tibbi müayinədən keçən 30 yaşlı yarımmüdafiəçinin diz bağlarının qırıldığı dəqiqləşib. Gözlənildiyi kimi, bu səbəbdən ispan futbolçu ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq. Onun yaxın vaxtlarda əməliyyat olunacağı gözlənilir.

Beləliklə, Dani üçün Azərbaycan Premyer Liqasının 2016/17 mövsümü erkən başa çatıb. "Qarabağ" avrokuboklara vəsiqə qazanacağı halda, Dani ilkin mərhələnin bəzi oyunlarını da buraxacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR