Egey dənizində miqrant kateri qəzaya uğrayıb

Egey dənizində miqrant kateri qəzaya uğrayıb
17:07 5 Fevral 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 fevral. REPORT.AZ/ Egey dənizinin şimalında qanunsuz miqrantları daşıyan, yunan Lesbos adasına yan almaq istəyən kater qəzaya uğrayıb.
"Report" "Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı qayıqda 46 qeyri-leqal miqrant olub. Onlardan 8-nin qadın, 7-nin uşaq olduğu bildirilir.
Belə ki, katerin mühərriki sahildən 2 mil aralıda sıradan çıxıb. Bundan sonra o, fırtına ilə əlaqədar suya batıb.
Sahil mühafizəsinin katerləri 45 nəfəri xilas etməyə müvəffəq olublar. Bunlar Suriya, Əfqanıstan, Konqo Demokratik Respublikası, Efiopiya, Erfitreya, Banqladeş və Kamerun vətəndaşlarıdır.
Hadisə zamanı 1 qadın itkin düşüb. Efiopiyadan olan həmin miqrantın axtarışılarına iki kater və vertolyot cəlb edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/egey-denizinde-miqrant-kateri-qezaya-ugrayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR