Məşhur aktrisanın boşanma səbəbi bəlli oldu

Məşhur aktrisanın boşanma səbəbi bəlli oldu
17:56 5 Fevral 2017
157 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Skarlett Yohansson və fransız jurnalist Romain Dauriakın boşanma səbəbi bəlli olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 32 yaşlı ulduzun ərindən ayrılmasına səbəb onun özü olub. Bu barədə "People" jurnalına Skarletə yaxın mənbə bildirib.

Onun sözlərinə görə, aktrisanın cavan bir oğlandan xoşu gəlib və o, boşanma məsələsini tezləşdirib. Lakin Skarlett bu xəbəri mediadan gizlətməyi bacarıb.

Qeyd edək ki, cütlüyün ayrılması prezident Donald Trampa qarşı mitinqdə üzə çıxıb. Mitinqdə iştirak edən Yohanssonın barmağında heç çıxartmadığı nişan üzüyünün olmaması bu sirrin üstünü açıb.

2014-cü ildə evlənən cütlüyün 2 yaşlı Rouz adlı qızları var.

Xatırladaq ki, S.Yohanssonun ilk evliliyi aktyor Rayan Reynoldsla olub. 2008-ci ildə ailə quran cütlük 2011-ci ildə boşanıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=66011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR