"Real Madrid"in oyunu təxirə salındı

"Real Madrid"in oyunu təxirə salındı
18:05 5 Fevral 2017
197 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının XXI turu çərçivəsində bu gün keçirilməli olan "Celta" - "Real" qarşılaşması təxirə salınıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçın keçirilməməsinə Viqo şəhərindəki əlverişsiz hava şəraiti səbəb olub. Qarşılaşmanın hansı tarixə keçirildiyi hələ ki, açıqlanmayıb. Bu, XXI turda təxirə salınan ilk oyun deyil. Belə ki, turun açılış qarşılaşması - "Deportivo" - "Betis" matçı da La Korunya şəhərində əlverişsiz hava şəraitinə görə təxirə salınmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514522.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR