İtaliyanın qədim amfiteatrını müasir stadiona çevirəcəklər - FOTO

İtaliyanın qədim amfiteatrını müasir stadiona çevirəcəklər - FOTO
18:44 5 Fevral 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın GMP architekten memarlıq şirkəti İtaliyanın Verona şəhərində yerləşən qədim amfiteatrı təmir edəcək. Təmir zamanı arenada izləyiciləri günəş və yağışdan qoruyacaq konstruksiya yerləşdiriləcək.

 

Lent.az bura247.az-a istinadən xəbər verir ki, Ştutqart və Berlindən olan mühəndislər avtomatik hərəkətə gələcək və pis hava şəraitində amfiteatrı bağlayacaq müasir parça örtük ixtira ediblər. Layihənin hədəfi təkcə auditoriyanı deyil, həm də amfiteatrı pis havadan qorumaqdır.

 

Qeyd edək ki, Arena-di-Verona eramızın 30-cu ilində qladiator və dəniz döyüşlərinin, eləcə də sirk tamaşalarının keçirilməsi üçün tikilib. Şəhərin əsas meydanı olan Pyatsa Brada yerləşən arena 2000-ci ildə Veronanın digər tarixi abidələri ilə birlikdə YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilib.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266846

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR