Ər arvadını döyüb öldürdü, 3 uşağı yetim qoydu

Ər arvadını döyüb öldürdü, 3 uşağı yetim qoydu
18:48 5 Fevral 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Gədəbəydə qətl olub.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Kənd sakini 1983-cü il təvəllüdlü Allahverdiyev Zamur Salman oğlu həyat yoldaşı, 1978-ci il təvəllüdlü Əsgərova Dürdanə Məcid qızını döyərək qətlə yetirib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qətli törədən Z. Allahverdiyev saxlanılıb.

Qətlə yetirilən qadın 3 övlad anası olub.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/186540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR