ŞOK: Azərbaycanlı dünya çempionu narkotikdən öldü

ŞOK: Azərbaycanlı dünya çempionu narkotikdən öldü
13:14 16 Mart 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Azərbaycanın güləş üzə dünya çempionu, Sumqayıt şəhər sakini Emin Bəşirov dünyasını dəyişib.

 

Lent.az-ın azvision.az-a istinadən məlumatına görə, bir neçə ildir idmandan uzaqlaşan 32 yaşlı E.Bəşirovun narkotik istifadəçisi olduğu bildirilir.

 

Ehtimal olunur ki, dünya çempionu bu səbəbdən dünyasını dəyişib.

 

Qeyd edək ki, Bəşirov Emin Əbiş oğlu 25 mart 1983-cü ildə Sumqayıt şəhərində anadan olub.

 

Qubadlı rayon Saray kənd orta məktəbinin məzunu olan idmançı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

 

Onun idman nailiyyətlərinə gəlincə, Yunan-Roma güləşi üzrə Yeniyetmələrin I Ümumdünya Olimpiya Oyunlarının bürünc mükafatçısı (Rusiya-1998), Yeniyetmələr arasında Dünya çempionu (Danimarka-1999) və Avropa birinciliklərinin bürünc mükafatçısı (Slovakiya-2000, Yuqoslaviya -2002) olub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/196479

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR