23 yaşlı oğlan dəm qazından zəhərləndi

23 yaşlı oğlan dəm qazından zəhərləndi
18:57 5 Fevral 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə 23 yaşlı oğlan dəm qazından zəhərlənib.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Baş Göynük kənd sakini, 1994-cü il təvəllüdlü Nüvər Hikmət oğlu Qasımov zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
 
Müayinə zamanı məlum olub ki, 23 yaşlı N. Qasımov yaşadığı evin vanna otağında çimərkən oraya isinmək üçün qoyulmuş kömür kürəsindən ayrılan dəm qazından zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən N. Qasımova lazımi tibbi yardım göstərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/514535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR